satellite   Azerspace-1: 11135 H 30000

Millimizin rəqibi Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Millimizin rəqibi Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Futbol üzrə Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsindəki rəqibi Belçika yığması yoldaşlıq görüşü keçirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, komanda Almaniya ilə qarşılaşacaq. Oyun martın 28-də Kölndə keçiriləcək. Bu barədə Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu oyundan 4 gün əvvəl isə Belçika “Avro-2024”ün seçmə mərhələsindəki ilk qarşlaşmasında İsveçin qonağı olacaq. Həmin gün Azərbaycan millisi səfərdə Avstriya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM