Türkiyənin "Fənərbağça" klubu növbəti transferini gerçəkləşdirib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi İstanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, İtaliya "Parma"sının futbolçusu Ceyden Ostervoldenin keçidi rəsmiləşib.
Niderlandlı müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı oyunçu 2022-ci ilin yayından "Parma"da çıxış edirdi.
