satellite   Azerspace-1: 11135 H 30000

Rusiyalı qapıçı Andrey Lunyovun “Qarabağ”a keçidi baş tutmayıb

Rusiyalı qapıçı Andrey Lunyovun “Qarabağ”a keçidi baş tutmayıb

Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun Ağdamın “Qarabağ” komandasına keçidi baş tutmayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel Rusiyanın “Championat” nəşrinə açıqlamasında bildirib.

O, Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.

Xatırladaq ki, “Qarabağ" əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra yeni qolkiper axtarışındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM