satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” – “Gent” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Gent” oyununun biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent”lə Bakıda keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan Şopundan, eləcə də, 28 Mall və Gənclik Mall ticarət mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM