satellite   Azerspace-1: 11135 H 30000

Kriştianu Ronaldunun poker etdiyi oyunların siyahısı açıqlanıb

Kriştianu Ronaldunun poker etdiyi oyunların siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun karyerası ərzində 4 və daha çox qol vurduğu oyunların siyahısını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu indiyə qədər 11 dəfə pokerə imza atıb.

Ronaldu bunların ikisində rəqib qapılarından 5 top keçirməklə penta-trik müəllifi olub.

Qeyd edək ki, Ronaldu son pokerini fevralın 9-da Səudiyyə Ərəbistanı çempionatının XVI turunda “Əl-Vahda” ilə görüşdə edib. Portuqaliyalı karyerası ərzində milli çempionatlarda vurduğu ümumi qol sayını isə 503-ə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM