satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan 16 voleybolçu həlak olub

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan 16 voleybolçu həlak olub

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan Şimali Kipr Türk Respublikasına məxsus voleybol komandasının 16 üzvü həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə Voleybol Federasiyasının (TVF) rəsmi saytına istinadən xəbər verir ki, adı açıqlanmayan klub Adıyamandakı hotellərdən birində məskunlaşmışdı.

TVF vəfat edən idmançılara Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM