satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb

Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb

Türkiyənin "Yeni Malatyaspor" klubu zəlzələ səbəbindən bu mövsüm I Liqadakı çıxışını dayandırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

O bildirib ki, Malatya təmsilçisindən sonra "Adanaspor"un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi gözlənilir.

Daha əvvəl "Hatayspor" bu mövsüm Superliqada mübarizə aparmayacağını açıqlayıb.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 19 388 nəfər ölüb, 77 711 nəfər isə yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM