satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdoçuları açıq Avropa turnirində iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları açıq Avropa turnirində iştirak etməyəcəklər

Fevralın 11-12-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək böyüklər arasında cüdo üzrə açıq Avropa turnirində Azərbaycan milli yığmasının üzvləri iştirak etməyəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır. İdmançılarımız yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəkləri üçün turnirdə iştirakları ləğv olunub.

Bununla belə, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM