satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Siti" "Liverpul"a qalib gəlib

"Mançester Siti" "Liverpul"a qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIX tura start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, açılış matçında "Mançester Siti" "Liverpul"u qəbul edib.

"Etihad" stadionundakı qarşılaşma "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını 27-ci dəqiqədə Xulian Alvares, 46-cı dəqiqədə Kevin De Brüyne, 53-cü dəqiqədə İlkay Gündoğan, 74-cü dəqiqədə Cek Qriliş vurub. Qonaqların heyətində 17-ci dəqiqədə Məhəmməd Salah fərqlənib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" xallarının sayını 64-ə çatdırıb. Mersisayd təmsilçisi hələlik 42 xalla altıncıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM