satellite   Azerspace-1: 11135 H 30000

“Çelsi” klubu Qrem Potterin baş məşqçi postundan getdiyini açıqlayıb

“Çelsi” klubu Qrem Potterin baş məşqçi postundan getdiyini açıqlayıb

Qrem Potter “Çelsi” futbol klubunda tutduğu baş məşqçi vəzifəsini tərk edib. Bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Çelsi”də baş məşqçi vəzifəsini Bruno Saltor icra edəcək.

47 yaşlı Potter “Çelsi”də 2022-ci il sentyabrın 8-dən baş məşqçi idi.

“Çelsi” İngiltərə çempionatının turnir cədvəlində 38 xalla 11-ci pillədə qərarlaşıb. Potterin rəhbərliyi ilə bu komanda Çempionlar Liqasının 1/4 finalına çıxıb və aprelin 12-də və 18-də “Real Madrid” ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM