satellite   Azerspace-1: 11135 H 30000

Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib

Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib

Abdullah Zubir “Qarabağ” klubunda 200-cü oyununu keçirib. Otuz iki yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXVIII turuna təsadüf edib. “Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Qeyd edək ki, futbolçu 2018/2019-cu il mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM