satellite   Azerspace-1: 11135 H 30000

Frank Lempard “Çelsi”yə müvəqqəti baş məşqçi təyin olunub

Frank Lempard “Çelsi”yə müvəqqəti baş məşqçi təyin olunub

Frank Lempard “Çelsi” klubuna müvəqqəti baş məşqçi təyin olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi İngiltərə mətbuatına istinadla xəbər verir ki, London təmsilçisi sabiq baş məşqçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Klub uzunmüddətli layihə üçün yeni məşqçi axtarışı prosesini davam etdirəcək.

Mütəxəssis 2019-cu ilin yayından və 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb, daha sonra "Everton"a keçib.

Xatırladaq ki, aprelin əvvəlində “Çelsi” baş məşqçisi Qrem Potteri istefaya göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM