satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” klubu “Beşiktaş”, “Yuventus”, “Şalke” və “Zenit” ilə qarşılaşacaq

“Neftçi” klubu “Beşiktaş”, “Yuventus”, “Şalke” və “Zenit” ilə qarşılaşacaq

Bakının “Neftçi” futbol klubunun U-12 komandası bu gün “İzmir Cup” beynəlxalq turnirində mübarizəyə başlayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tbilisi) və Rusiyanın “Zenit” klubları ilə qarşılaşacaq.

Komandanın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Daha əvvəl “Qarabağ”ın U-12 komandası da bu turnirdə iştirak üçün İzmirə getmişdi.

Turnirdə 20 ölkədən 72 komanda birincilik uğrunda mübarizə aparacaq.

Yarışa aprelin 9-da yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM