satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan taekvondoçuları Rumıniyada 3 medal, 1 lisenziya qazanıb

Azərbaycan taekvondoçuları Rumıniyada 3 medal, 1 lisenziya qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri başa çatıb.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yarışın son günündə Azərbaycan millisi daha bir medal qazanıb.

Yığmanın heyətində Həmidreza Bədriəliabadi (+87 kq) fəxri kürsüyə yüksəlib. Yarımfinalda italiyalı Mattia Molinə 1:2 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medala sahib olub.

Beləliklə, yarışa 4 taekvondoçu ilə yollanan komandamız 3 mükafata yiyələnib. Bədriəliabadidən öncə Səyyad Dadaşov (54 kq) həm qızıl medal, həm lisenziya, Xanoğlan Kərimov (63 kq) isə bürünc medal qazanıb.

Bu göstərici Azərbaycan millisini komanda hesabında 2-ci edib.

Qeyd edək ki, ölkəmiz Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM