satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilk dəfə bodibildinq üzrə yarış keçirilib - FOTOLAR

Naxçıvanda ilk dəfə bodibildinq üzrə yarış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda ilk dəfə bodibildinq üzrə yarış keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində bodibildinqin mens fizik versiyası üzrə muxtar respublika birinciliyi keçirilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Birinciliyin reqlamentinə əsasən 170, 175, 180, 185 və 185+ sm boy kateqoriyaları üzrə çıxışlar izlənilib. Mükafatçılar münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Rəsul Ağamalıyev (170 sm), Elnur Tağızadə (175 sm), Murad Hatəmli (180 sm), Əli Bahartaş (185 sm) və Ümid Əliyev (185+ sm) öz kateqoriyalarında qalib adına layiq görülüblər.

Super kubok üçün yenidən səhnəyə çıxan qaliblərin arasından Ümid Əliyev baş mükafata yiyələnib.

Yarışa 22 idmançı qatılıb.

İlk üçlük diplom, medal və kubokla, həvəsləndirici yer sahibləri isə fəxri fərmanla təltif ediliblər.           

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM