satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub

Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub

Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda "Xarıbülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda isə "Neftçi" və MOİK komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, UNEC və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Yüksək liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar da təşkil olunacaq. Oyunlar Voleybol Mərkəzində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM