satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ağırlıqqaldıranları İrəvandadırlar

Azərbaycan ağırlıqqaldıranları İrəvandadırlar

Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları artıq Ermənistanın paytaxtı İrəvandadırlar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbır verir ki, bu barədə Ermənistanın baş naziri aparatının rəhbəri Arayik Arutyunyan bildirib.

“Azərbaycanlı idmançılar artıq İrəvandadırlar. Nümayəndə heyətində 12 nəfər var, onlardan dördü idmançıdır. Avropa çempionatının açılış mərasimində iştirak etməyəcəklər. Biz həm digər idmançıların, həm də azərbaycanlıların təhlükəsizliyini təmin etməyə hazırıq”.

Avropa çempionatında ölkəmizi Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) təmsil edəcəklər. Qitə birinciliyi 15-23 aprel tarixlərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM