satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: "Ermənistan tərəfi nifrət zəminində cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir"

Azərbaycan XİN: "Ermənistan tərəfi nifrət zəminində cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir"

"Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilib.

"Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur", - məlumatda vurğulanıb.

Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycan bayrağını yandıran şəxsə qarşı cinayət işi açmaqdan imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM