satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçi mübarizəyə başlayır

Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçi mübarizəyə başlayır

Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM