satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar - FOTOLAR

Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançıları karate turnirində 21 medal qazandılar<font color=red> - FOTOLAR</font>

Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə karate turniri təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, paytaxt və regionlardan ümumilikdə 900 idmançının iştirak etdiyi yarışda  qız karateçilər də qüvvələrini sınayıblar. İdmançılar müxtəlif yaş və çəki kateqoriyalarında "WKF", "shobu ippon" və "kumite" qaydaları üzrə yarışıblar. 

"Naxçıvan” komandasından yarışa Naxçıvan Karate Federasiyasının məşqçisi Tariyel Bağırovun rəhbərliyi ilə 14 idmançı qatılıb. Onların arasında ən yüksək nəticələrə Damla Tağızadə (qızıl medal), Məhəmməd Bağırov, Yusif İsmayılov, Fatimə Bağırzadə, Aysu Abbasova və Ələddin Hüseynli (hər biri gümüş medal) nail olublar. Digər təmsilçilərimiz Canər Abbaszadə, Həşim Nağızadə, Qədim Bağırov, Elgün Zeynalov, Murad Abdullazadə, Uğur Məmmədli, Hüseyn Qafarlı və Xumar Hacıyeva bürünc medala layiq görülüblər. İdmançıların bir neçə qayda üzrə çıxış edərək mükafatçılar sırasına düşməsi nəticəsində komandanın yekun göstəricisi 1 qızıl, 6 gümüş və 14 bürünc medaldan ibarət olub.  

Turnirdə digər klubların heyətində çıxış edən naxçıvanlı idmançılardan Xədicə Bayramova 2 qızıl, 1 gümüş və 1 bürünc, Nərgiz Həsənli isə 3 gümüş medala layiq görülüb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM