satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi finala yüksəlib

Azərbaycanın daha bir sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib. 

O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub. 

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Səbuhi Əmiraslanov (79 kq) bürünc medal, Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq. 

Medal görüşləri sabah gerçəkləşəcək. 

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM