satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan kuboku: “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək

Azərbaycan kuboku: “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək

Futbol üzrə Azərbaycan kuboku yarışlarında bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı baş hakim Rəşad Əhmədov idarə edəcək. Oyuna saat 16:00-da start veriləcək.

Komandalar indiyədək ölkə kuboku yarışları tarixində üz-üzə gəlməyiblər. Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM