satellite   Azerspace-1: 11135 H 30000

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək

Aprelin 23-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından saat 11:00-da start götürəcək veloyürüşə yalnız Vətən müharibəsi iştirakçıları və qazilər qatılacaqlar.

İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vuracaqlar.

Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan Vətən müharibəsi iştirakçılarını və qaziləri tədbirə qatılmağa dəvət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM