satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib

“Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib

Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Turan Tovuz”u qəbul edib.

“Bakcell Arena”da keçirilən matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Emin Mahmudov və Kenni Sayef fərqləniblər.

Komandalar arasında keçirilən ilk oyun “Turan Tovuz”un minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0. İki oyunun nəticəsinə görə, “Neftçi” turnirin finalına vəsiqə qazanıb.

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM