satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubuna çempionluq kuboku təqdim olunub

“Qarabağ” klubuna çempionluq kuboku təqdim olunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünə yekun vurulub.

Naxçıvan televiziyası xəbər verir ki, “Azersun Arena”da keçirilmiş sonuncu – XXXVI turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra mövsümün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.

Əvvəlcə Azərbaycan çempionatına sponsorluq etdiyinə görə “Misli” ASC-nin baş direktoru Osman Karakuşa Peşəkar Futbol Liqası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Həmçinin 22 qolla Premyer Liqanın 2022-2023-cü il mövsümünün ən məhsuldar oyunçusu olan “Qarabağ” klubunun üzvü Ramil Şeydayev xüsusi mükafata layiq görülüb.

Mövsümü mükafatçılar sırasında başa vurmuş “Neftçi”, “Sabah” və “Qarabağ” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər.

Mərasimin sonunda “Qarabağ” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM