satellite   Azerspace-1: 11135 H 30000

"Çelsi" portuqaliyalı futbolçunu "Atletiko"ya qaytarıb

"Çelsi" portuqaliyalı futbolçunu "Atletiko"ya qaytarıb

Ötən mövsüm İngiltərə "Çelsi"sində çıxış edən Portuqaliya millisinin futbolçusu Joau Feliks İspaniyanın "Atletiko" (Madrid) klubuna qayıdacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Madrid təmsilçisinin prezidenti Enrike Sereso açıqlama verib.

Funksioner "zadəganlar"ın 24 yaşlı hücumçunu almayacağını söyləyib: "Komandanın yeni baş məşqçisi Mauritsio Poçettino Feliksi istəmədi. O, bizə qayıdacaq. Bundan sonra necə olacaq? Hələlik bir planımız yoxdur".

Qeyd edək ki, Joau Feliks yanvardan icarə əsasında "Çelsi"də çıxış edib. Forvard 20 görüşdə 4 qola imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM