satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda mübarizəyə başlayır

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

Naxçıvan televiziyası-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

87 kq-dakı Taleh Süleymanov eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

Qadınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM