satellite   Azerspace-1: 11135 H 30000

AFFA-da klublara lisenziyalar təqdim olunub - FOTOLAR

AFFA-da klublara lisenziyalar təqdim olunub<font color=red> - FOTOLAR</font> AFFA-da klublara lisenziyalar təqdim olunub<font color=red> - FOTOLAR</font> AFFA-da klublara lisenziyalar təqdim olunub<font color=red> - FOTOLAR</font> AFFA-da klublara lisenziyalar təqdim olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Cari mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.

Tədbirin sonunda isə növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.

Qeyd edək ki, I Divizionda çempion olan "Araz-Naxçıvan" klubu da önümüzdəki sezondan etibarən Misli Premyer Liqasında çıxış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM