satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

Avropa Liqasının final oyunundan öncə kütləvi dava düşüb

Macarıstanın paytaxt Budapeştdə İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş verib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, iki komandanın azarkeşləri arasında kütləvi dava düşüb. Hadisə nəticəsində iki fanat xəstəxanaya yerləşdirilib, bir neçə tərəfdar isə saxlanılıb.

İnsidentin təkrarlanmaması üçün hüquq-mühafizə orqanları şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, bu gün "Puşkaş Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM