satellite   Azerspace-1: 11135 H 30000

“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb. Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub. Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Bununla da "Sevilya" 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM