satellite   Azerspace-1: 11135 H 30000

Braziliya milli futbol komandası irqçiliyə etiraz olaraq ilk dəfə qara geyimdə oynayacaq

Braziliya milli futbol komandası irqçiliyə etiraz olaraq ilk dəfə qara geyimdə oynayacaq

Braziliya milli futbol komandası ilk dəfə olaraq meydana milli bayrağın rənglərindən ibarət ənənəvi formada deyil, qara köynəklərdə çıxacaq. Bununla da komanda “Real Madrid”in hücumçusu Vinisius Juniora olan irqçilik təzahürlərinə qarşı etirazlarını bildirmiş olacaqlar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Globo” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, futbolçular iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qızıl nömrəli qara formada çıxacaqlar. Vinisius Juniorun özünün də oyunda iştirakı gözlənilir. İlk hissədən sonra futbolçular qara köynəklərini ənənəvi formaya keçirəcəklər.

Xatırladaq ki, mayın 21-də "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior "Valensiya" ilə səfər matçında azarkeşlərin irqçi təhqirlərinin qurbanı olub. Matçın sonunda hücumçu azarkeşlərə "Valensiya"nın İspaniya çempionatının yüksək divizionundan aşağı düşmə ehtimalına işarə edən jest göstərib, bundan sonra rəqibin futbolçuları ilə mübahisədə iştirak edib və qırmızı vərəqə alıb.

Matçdan sonra "Real Madrid" İspaniya Baş Prokurorluğuna müraciət edərək Vinisiusa qarşı irqçi təhqirlərin araşdırılmasını tələb edib. Mayın 23-də İspaniya Milli Polisinin "Valensiya" - "Real Madrid" matçında braziliyalı hücumçuya qarşı irqçi təhqirlər etməkdə ittiham olunan üç nəfəri saxlayıb. İspaniya Kral Futbol Federasiyasının Rəqabət Komitəsi komandanın azarkeşləri tərəfindən braziliyalı oyunçuya qarşı irqçi təhqirlərə görə “Valensiya” klubunu 45 min avro cərimələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM