satellite   Azerspace-1: 11135 H 30000

UEFA “Sabah”ın Konfrans Liqasında ilk matçının gününü dəyişib

UEFA “Sabah”ın Konfrans Liqasında ilk matçının gününü dəyişib

Azərbaycan klubları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb. Baş məşqçi Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra - iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcəklər. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə - iyulun 27-də keçirəcəyi açıqlanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM