satellite   Azerspace-1: 11135 H 30000

KİV: Mbappe İspaniya klubu ilə sövdələşib, PSJ onu satmaq istəyir

KİV: Mbappe İspaniya klubu ilə sövdələşib, PSJ onu satmaq istəyir

PSJ-nin 24 yaşlı ulduz hücumçusu Kilian Mbappe artıq 2024-cü ildə “Real Madrid”ə keçidinə razılıq verib. PSJ oyunçunu satışa çıxarıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano tviterdə bildirib.

Mənbənin sözlərinə görə, Paris klubunun düşərgəsində fransalı hücumçunun 2024-cü ilin yayında azad agent kimi Madridə köçəcəyinə razılıq verdiyinə əmindirlər. Bildirilib ki, PSJ rəhbərliyinin iyulun 15-dən əvvəl Mbappedən yeni müqavilə imzalaması və ya indi getməsi ilə bağlı yekun cavab tələb etməsi ilə bağlı məlumatlar tamamilə yanlış idi. Kilian Fransa klubunun mövsümöncəsi turundan kənarlaşdırılıb, həmçinin satışa çıxarılıb. PSJ futbolçunu dərhal satmaq istəyir.

Daha əvvəl PSJ hücumçusu Kilian Mbappeni Yaponiyadakı təlim-məşq toplanışına aparmamaq qərarına gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM