satellite   Azerspace-1: 11135 H 30000

“Rakuv”un futbolçusu: “Qarabağ” keçilməz rəqib deyil”

“Rakuv”un futbolçusu: “Qarabağ” keçilməz rəqib deyil”

“Qarabağ” keçilməz rəqib deyil. Amma bunun üçün onlara qarşı yüksək səviyyədə oynamalıyıq”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Marçin Çebula UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu tanıdıqlarını söyləyib: “Qışda “Qarabağ”la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM