satellite   Azerspace-1: 11135 H 30000

Necati Ateş: “Fatih Terimə Azərbaycandan təkliflər gəlir”

Necati Ateş: “Fatih Terimə Azərbaycandan təkliflər gəlir”

“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Necati Ateş yerli mətbuata açıqlamasında deyib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş mütəxəssis Azərbaycanda çalışmaq ehtimalını istisna etməyib: “Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın sükanı arxasına keçər. Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə yığmasına, eyni zamanda, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM