satellite   Azerspace-1: 11135 H 30000

Serbiya klubu "Sabah"la oyundan öncə vacib qələbə qazanıb

Serbiya klubu "Sabah"la oyundan öncə vacib qələbə qazanıb

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Partizan" Serbiya Super Liqasında növbəti oyununu keçirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Belqrad təmsilçisi II turda "Voyvodina" səfərinə yollanıb. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 2:0.

Hesabı 47-ci dəqiqədə bu yay "Neftçi"ni "Partizan"a dəyişən Mateus Saldanya açıb. Digər qolu isə 74-cü dəqiqədə Kvensi Menig vurub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran paytaxt klubu dördüncü pilləyə yüksəlib.

Qeyd edək ki, "Sabah" və "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM