satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olacaq

Avropa Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olacaq

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri məlum olacaq.

Bu mərhələdə 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək.

Pley-off mərhələsinin görüşləri avqustun 24-31-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM