satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ın UEFA Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, UEFA Avropa Liqasında “Qarabağ”-HİK (Finlandiya) cütünün məğlubu mübarizəni qitənin üçüncü dərəcəli turnirdə davam etdirəcək.

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında üçüncü raundun məğlubu, üçü isə Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin qalibi olacaq.

“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:

“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.

“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.

Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.

Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM