satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın su polosu yığması beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın su polosu yığması beynəlxalq turnirdə bürünc medal qazanıb

Su polosu üzrə Azərbaycanın U-13 yığması Macarıstanın Bekeşçaba şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, milli 2009-2010-cu il təvəllüdlü idmançılar arasında “Dia Polo” yarışında 3-cü yeri tutub.

Turnirdə Azərbaycanla yanaşı, Rumıniya, Polşa, Finlandiya, Bolqarıstan yığmaları, Macarıstanın “Budapeşt”, “Sşentiş” və “Bekeşçaba” komandaları mübarizə aparıblar.

Azərbaycan yığmasının üzvü Rəhim Əlimərdan yarışın ən yaxşı oyunçusu, Ağaismayıl Babayev isə ən azyaşlı oyunçusu nominasiyalarının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM