satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya klubu "Qarabağ"la oyunlar üçün 24 futbolçu sifariş edib

Finlandiya klubu "Qarabağ"la oyunlar üçün 24 futbolçu sifariş edib

Finlandiyanın HİK komandası Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, Helsinki təmsilçisi 24 futbolçu sifariş edib.

Baş məşqçi Toni Korkeakunnasun siyahıya daxil etdiyi oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Myönpyö
Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan
Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay
Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka

Qeyd edək ki, "Qarabağ" HİK-ə qarşı ilk matçını avqustun 10-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Helsinkidə keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM