satellite   Azerspace-1: 11135 H 30000

PSJ Portuqaliya millisinin hücumçusunu icarəyə götürüb

PSJ Portuqaliya millisinin hücumçusunu icarəyə götürüb

Fransanın PSJ komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi Portuqaliya millisi və "Benfika"nın hücumçusu Qonsalu Ramuşu icarəyə götürüb. 22 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

İddiaya görə, PSJ gələn ilin yayında gənc oyunçunu 80 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Qonsalu Ramuş indiyədək "Benfika"nın heyətində 105 oyuna 41 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ötən mövsüm Lissabon təmsilçisinin heyətində Portuqaliya çempionu olub.

Hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında 4 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM