satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Futbol Federasiyasının idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib - FOTOLAR

 Naxçıvan Futbol Federasiyasının idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib<font color=red> - FOTOLAR</font>  Naxçıvan Futbol Federasiyasının idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublika stadionunda Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, iclasda Naxçıvan Futbol Federasiyasının sədri Qəzənfər Abdullayev bildirib ki, idmanın müxtəlif növlərində inkişafın əldə edilməsi və bu sahədə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə  muxtar respublikamızda böyük addımlar atılır. Diyarımızın idman mühitində digər növlərlə yanaşı futbola da böyük sevgi və qayğı ilə yanaşılır.

Qeyd edilib ki, muxtar respublikada maddi-texniki bazanın gücləndirilməsi, müasir idman infrastruktrunun qurulması, o cümlədən stadionların yenidən qurulması işinin davam etdirilməsi,  mövcud stadionlardan səmərəli istifadənin inkişaf etdirilməsi federasiyanən əsas istiqamətlərindən biri olacaq.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib. Federasiyanın idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib. Belə ki, Gənclər və İdman Nazirliyinin əməkdaşı Taleh İbrahimov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin müavini Anar İbrahimov, Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Rövnəq Xəlilov və Naxçıvan Futbol Federasiyanın sədr müavini Sakit Rzayev Naxçıvan Futbol Federasiyası idarə heyətinin üzvləri, Həmkarlar İttifaqları Şurasının nümayəndələri Türkal İbrahimov, İmran Kələşov və Ceyhun Məmmədov isə Nəzarət-Təftiş komissiyasına üzv seçiliblər.

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM