satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” hücumçu transferini rəsmiləşdirib

“Neftçi” hücumçu transferini rəsmiləşdirib

“Neftçi” mərkəz hücumçusu transferini rəsmiləşdirib. Nigeriyalı Aaron Olanare ilə 1 illik müqavilə bağlanıb.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu komandanın heyətində 25 nömrəli formanı geyinəcək.

Aaron Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), “Volerenqa” (2012-2013), Norveçin “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib. Nigeriya milli komandasının heyətində 7 oyun keçirən hücumçu 2 qol vurub. 2015/16 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi və sol vinger Andre Şinyaşiki ilə anlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM