satellite   Azerspace-1: 11135 H 30000

Konfrans Liqası: "Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib

Konfrans Liqası: "Sabah" "Partizan"ı 2 cavabsız qolla məğlub edib

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.

"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM