satellite   Azerspace-1: 11135 H 30000

Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/8 finala yüksələrək tarixi uğura imza atıb

Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/8 finala yüksələrək tarixi uğura imza atıb

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda 1/8 finala yüksəlib.

Naxçıvan televiziyası-ın məlumatına görə, qrossmeyster 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla buna nail olub, O, ilk dəfə Dünya Kubokunda bu cür nəticəyə imza atıb.

Abasovla Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Abasov rəqibin piyadasını götürərək onun təşəbbüsünün qarşısını alıb. Sonda Azərbaycan təmsilçisi gözlənilməz taktiki gedişlə "ağlar"ın məğlubiyyətini rəsmiləşdirib.

Qeyd edək ki, Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları avqustun 12-də baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM