satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsi başlayır

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsi başlayır

Naxçıvan televiziyası xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100” tədbirləri çərçivəsində Diaspor Gənclərinin IV Yay Düşərgəsi 12-18 avqust tarixlərində qədim Azərbaycan torpağı Naxçıvanda keçiriləcək.

Bu gün açılış tədbiri ilə başlayacaq düşərgə çərçivəsində Diaspor gənclərinin iştirakı ilə Naxçıvanın tarixi yerlərinə ekskursiyalar, müxtəlif workshoplar, film nümayişləri, əyləncəli və idman oyunları və digər fəaliyyətlər təşkil olunacaq. 

Düşərgədə 53 ölkədən 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.  

Qeyd edək ki, artıq yay düşərgəsinin iştirakçıları Naxçıvandadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM