satellite   Azerspace-1: 11135 H 30000

PSJ Mbappenin stadiona buraxılmasını qadağan etmək istəyir

PSJ Mbappenin stadiona buraxılmasını qadağan etmək istəyir

Fransanın PSJ klubunun rəhbərliyi hücumçu Kilian Mbappenin "Park de Prens" stadionuna girişinə qadağa qoymağı planlaşdırır.

Naxçıvan televiziyası "Le10sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi bu addımla 24 yaşlı hücumçunun artıq kluba lazım olmadığını daha aydın formada göstərmək istəyir.

PSJ ilə 2024/2025 mövsümü üçün müqavilənin avtomatik uzadılması variantından imtina edən fransalı forvard gələn ilin iyununda azad agent olacaq. İddiaya görə, Mbappe bu yay "transfer pəncərəsi"ndə İspaniya "Real"ına keçmək niyyətindədir.

Ulduz futbolçu ötən mövsüm PSJ-nin heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM