satellite   Azerspace-1: 11135 H 30000

Harri Keyn Almaniyanın “Bavariya" komandasına keçib

Harri Keyn Almaniyanın “Bavariya" komandasına keçib

İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniyanın "Bavariya" komandasına keçib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Bavariya” klubu rəsmi hesabında paylaşıb.

Otuz yaşlı hücumçunun transferi üçün Almaniya komandası "Tottenhem"ə 120 milyon avro ödəyib.

“Bavariya” ingilis futbolçu ilə dörd illik müqavilə imzalayıb.

Qeyd edək ki, London klubunun yetirməsi olan Harri Keyn müxtəlif vaxtlarda ölkəsinin "Leyton Orient", "Milluoll", "Norviç" və "Lester" komandalarında da çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM