satellite   Azerspace-1: 11135 H 30000

Super Liqa: “Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Super Liqa: “Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.

Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”la qarşılaşacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM