satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş" ingiltərəli futbolçunu transfer edib

"Beşiktaş" ingiltərəli futbolçunu transfer edib

Türkiyənin "Beşiktaş" komandası İngiltərənin "Liverpul" klubunun oyunçusu Aleks Oksleyd-Çemberleni heyətinə cəlb edib.

Naxçıvan televiziyası xəbər verir ki, "qara qartallar" yarımmüdafiəçini azad agent kimi transfer edib.

İngiltərəli futbolçu ikiillik müqavilə imzalayacaq. Onun yeni komandasındakı qazancı isə illik iki milyon avro olacaq.

A.Çemberlen ötən mövsüm "Liverpul"un heyətində 13 oyuna çıxıb və 1 qol vurub. O, daha əvvəl ölkəsində "Sauthempton" və "Arsenal" komandalarının heyətində də meydana çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM